Bank Of Baku

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO
# 18 avqust 2022 11:24 (UTC +04:00)

Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.
Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.
Qeyd edilib ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR