Bank Of Baku

Atəşkəsdən indiyədək 102 mülki şəxs minadan zərər çəkib

Atəşkəsdən indiyədək 102 mülki şəxs minadan zərər çəkib
# 02 avqust 2022 14:40 (UTC +04:00)

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin iyul ayında 3 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov APA-ya bildirib ki, nəticədə ikisi mülki şəxs olmaqla, üç nəfər mina partlamasından yaralanıb.

Onun sözlərinə görə, hadisələrin ikisinə tank əleyhinə mina səbəb olub: "2022-ci ilin iyul ayında hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş verib. Ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri kasetli silah partlamasından olmaqla 3 nəfəri həlak olub. 2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkmişdir. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətəndaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar”, - Hafiz Səfixanov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR