Vətən müharibəsindən sonra 50 min hektardan artıq ərazi minalardan təmizlənib.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimat mərasimində qurumun İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, mina axtarışına ANAMA ilə yanaşı Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "İndiyə qədər 67 min mina və partladılmamış silah-sursat təmizlənib. Bu istiqamətdə işlər davam etdirilir".