Bank Of Baku

Azad olunmuş ərazilərdə daha 94 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə daha 94 mina aşkarlanıb
# 19 dekabr 2022 10:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, dekabrın 12-dən 17-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 59 piyada əleyhinə mina, 35 tank əleyhinə mina və 297 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 579 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR