Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçular şəhid və sağlamlığını itirən döyüşçülərimizin ailələrini ziyarət edib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.
Azərbaycan Ordusunda Qurban bayramı belə keçirilib - FOTO
10 iyul 2022 15:22 (UTC +04:00)
Hərbi
Azərbaycan paraşütçüləri Konyada keçirilən beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edirlər
10:05
7 may 2024
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir - VİDEO
19:38
6 may 2024
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
15:04
6 may 2024
Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
12:39
6 may 2024