Bank Of Baku

Azərbaycan ordusunun Laçın və Ağdamdakı mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Laçın və Ağdamdakı mövqeləri atəşə tutulub
# 15 dekabr 2022 22:43 (UTC +04:00)

Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR