Bank Of Baku

Azərbaycan və İsrail müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

Azərbaycan müdafiə naziri Zakir Həsənov və İsrail müdafiə naziri Benyamin Qans

© APA | Azərbaycan müdafiə naziri Zakir Həsənov və İsrail müdafiə naziri Benyamin Qans

# 20 noyabr 2022 17:06 (UTC +04:00)

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

***

saat 14.50

Azərbaycan müdafiə naziri Zakir Həsənov və İsrail müdafiə naziri Benyamin Qans arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə müzakirə aparıblar.

İsrail müdafiə naziri Azərbaycanın Təl-Əvivdə səfirlik açması barədə qərarına görə həmkarına təşəkkürünü çatdırıb.

İsrail Nazirlər Kabinetinin yenidən formalaşacağı ilə əlaqədar müdafiə naziri postundan ayrılacaq Benyamin Qans son illər birgə məhsuldar işə görə də Zakir Həsənova təşəkkür edib: “Mən həmçinin uzun illər ərzində İsrail və Azərbaycan arasında əməkdaşlıq və müdafiə sahəsində əlaqələrin möhkəmlənməsinə görə Zakir Həsənova təşəkkürümü çatdırdım. Bu, ölkələrimiz arasında dərin dostluğu əks etdirir. Əminəm ki, bu əlaqələr inkişaf edəcək və regiona müsbət təsir göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR