Bank Of Baku

Azərbaycanın müdafiə naziri: Birgə hərbi təlimlər regionun sabitliyi üçün son dərəcə vacibdir

Azərbaycanın müdafiə naziri: Birgə hərbi təlimlər regionun sabitliyi üçün son dərəcə vacibdir
# 21 dekabr 2022 17:21 (UTC +04:00)

“Ölkələrimizin silahlı qüvvələri arasında hərbi, hərbi-təhsil və hərbi təlimlər sahəsində əməkdaşlıq davam etdirilir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirlərinin birgə mətbuat konfransında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

“Birgə hərbi təlimlərin keçirilməsi həm enerji layihələrinin infrastrukturunun mühafizəsi, həm də regionun sabitliyi üçün son dərəcə vacibdir”, - Zakir Həsənov əlavə edib.

Nazir, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına dəstəyinə görə, Türkiyə xalqına, milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin bütün heyətinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR