Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.
Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik, habelə enerji təhlükəsizliyinə verdiyi töhfələr ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndəliyin başçısı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və regiondakı vəziyyət barədə Mirça Ceoanaya məlumat verib.
Mirça Ceoana Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.