Bank Of Baku

Bakıda MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

Kərim Vəliyev, Yuri Daşkin

© APA | Kərim Vəliyev, Yuri Daşkin

# 12 sentyabr 2022 18:12 (UTC +04:00)

Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR