Bank Of Baku

Baş nazir: Erməni hərbçilərlə bağlı yayılan videolar hərtərəfli təhqiq ediləcək

Baş nazir: Erməni hərbçilərlə bağlı yayılan videolar hərtərəfli təhqiq ediləcək
# 28 oktyabr 2022 16:06 (UTC +04:00)

Baş nazir Əli Əsədov Ermənistan tərəfinin Azərbaycanı müharibə cinayətlərində kobud və əsassız şəkildə ittiham etməsinə də cavab verib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında deyib ki, əxlaq deyilən bir anlayış var.

“Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videoyazların həqiqiliyini, habelə bu kadrların videoya çəkildiyi yerləri, bu videoyazılarda təsvir edilən hərbi qulluqçuların şəxsiyyətlərini, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün başqa detalları tam, hərtərəfli təhqiq edəcək. Təhqiqatın nəticələrinə əsasən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatların gedişində törədilmiş müharibə cinayətlər ilə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən təhqiq edilir”, - Baş nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR