Bank Of Baku

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılovun qalıqları Neftçalada dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılovun qalıqları Neftçalada dəfn olunub - FOTO
# 21 avqust 2026 12:09 (UTC +04:00)

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi İsmayılov Sərdar Cəfər oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid hərbçi ilə Neftçala rayonunun Astanlı kəndində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb.

Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Sərdar İsmayılov 27 avqust 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 25 oktyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda döyüşlərdə itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR