Bank Of Baku

Britaniya mina təhlükəsi ilə bağlı UNİCEF-in Azərbaycan Nümayəndəliyinə ianə edib

Britaniya mina təhlükəsi ilə bağlı UNİCEF-in Azərbaycan Nümayəndəliyinə ianə edib
# 22 dekabr 2022 12:56 (UTC +04:00)

Böyük Britaniya mina və partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsində və insanların təhlükəsizliyinin təmin edilməsində Azərbaycana kömək edir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

Qeyd olunub ki, əhalinin minalarla bağlı maarifləndirilməsi üçün Britaniya hökuməti növbəti dəfə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq edir.

"Britaniya hökuməti minalarla bağlı maarifləndirməni genişləndirmək üçün UNİCEF-ə növbəti dəfə ianə edir.

Biz istəyirik ki, öz evlərinə qayıdan köçkünlər mina və partlayıcı maddələrin təhlükəsini başa düşsünlər", Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould səfirliyin yayımladığı videodakı çıxışında deyib.

UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini Uilliam Abi Abdallah isə bildirib ki, ötən il Böyük Britaniyanın ianəsi hesabına xüsusilə azyaşlıların partlayıcı sursatlarla çirklənmiş təhlükəli ərazilərdən kənarda qalmalarına kömək edən işarələr, eləcə də məlumat, təhsil və kommunikasiya materialları hazırlanıb.

"Məqsədlərimizdən biri düzgün davranış qaydalarını təşviq etməklə bu torpaqlara qayıdan insanların, xüsusilə uşaqların təhlükəsizliyini təmin etməkdir", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR