Bank Of Baku

Brüsseldə Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olunub

Cəfər Hüseynzadə - Ceyms Appaturay

© APA | Cəfər Hüseynzadə - Ceyms Appaturay

# 13 dekabr 2022 15:08 (UTC +04:00)

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə NATO Baş katibinin meydana çıxan təhlükəsizlik təhdidləri məsələləri üzrə müavinin köməkçisi Ceyms Appaturayla görüşüb.

APA xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “Twitter”də bildirib.

“Biz Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kibertəhlükəsizlik, hibrid təhlükələr, eyni zamanda, kritik enerji infrastrukturlarının qorunması ilə bağlı səmərəli müzakirələr apardıq”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR