Bank Of Baku

Erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdamdakı mövqelərini atəşə tutub - VİDEO

Erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdamdakı mövqelərini atəşə tutub - VİDEO
# 16 noyabr 2022 08:52 (UTC +04:00)

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR