Bank Of Baku

General: "Vətən müharibəsində Daxili Qoşunlarda 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb"

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini, general-mayor İnqilab Muradov

© APA | Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini, general-mayor İnqilab Muradov

# 05 noyabr 2022 16:41 (UTC +04:00)

Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçib.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini, general-mayor İnqilab Muradov deyib.

O bildirib ki, Daxili Qoşunların şəxsi heyəti Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak edib:

"Torpaqların azad olunması zamanı 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Minlərlə əməkdaş isə orden və medallarla təltif olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR