Bank Of Baku

Hərbi dənizçilərimiz "Dəniz kuboku"nda növbəti mərhələni uğurla başa vurublar - FOTO

Hərbi dənizçilərimiz "Dəniz kuboku"nda növbəti mərhələni uğurla başa vurublar - FOTO
# 22 avqust 2022 17:02 (UTC +04:00)

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.
Hakimlər komissiyasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, İran komandası ikinci, Qazaxıstan komandası isə bu mərhələni üçüncü yerdə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR