Bank Of Baku

Heydər Piriyev Gürcüstanda İkinci Qarabağ müharibəsi barədə çıxış edib - FOTO

Heydər Piriyev Gürcüstanda İkinci Qarabağ müharibəsi barədə çıxış edib - FOTO
# 26 oktyabr 2022 16:03 (UTC +04:00)

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Qori şəhərində "NATO prioritetləri və Cənubi Qafqaz - status-kvo və dəyişikliklər" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.

MN-dən APA-ya verilən məlumata görə, Gürcüstanın David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında təşkil olunan konfransda general-leytenant H.Piriyevin “İkinci Qarabağ Müharibəsinin hərbi aspektləri” mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans zamanı Azərbaycan Ordusunun digər nümayəndələrinin də müxtəlif mövzularda əyani və virtual çıxışları dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR