Bank Of Baku

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ
# 15 dekabr 2022 16:30 (UTC +04:00)

Kəlbəcərin Çıraq kəndində 8 nəfərin minaya düşdüyü ərazinin görüntüləri yayılıb.

APA həmin görüntülərini təqdim edir:

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR