Bank Of Baku

Kərim Vəliyev II Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

© APA | Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

# 12 iyul 2022 12:25 (UTC +04:00)

İyulun 12-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR