Bank Of Baku

Latviya MN: Azərbaycanla əməkdaşlıq üçün böyük potensial var

Latviya MN: Azərbaycanla əməkdaşlıq üçün böyük potensial var
# 22 noyabr 2022 15:01 (UTC +04:00)

Latviya və Azərbaycan arasında yaxın münasibətlər var. Hər iki ölkə siyasi, iqtisadi hərbi, mədəni, təhsil sahəsində əməkdaşlıq edir.

APA xəbər verir ki, bunu ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda Latviya Müdafiə Nazirliyinin Parlament Katibi Baiba Blodniece videoformatda çıxışında deyib.

“Latviya və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə fəal əməkdaşlığı inkişaf etdirib. Coğrafi baxımdan fərqli regionlarda yerləşsək də, bizim əməkdaşlıq üçün ortaq maraqlarımız və əməkdaşlığımız üçün böyük potensial var”, - o əlavə edib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva isə deyib ki, Ukrayna müharibəsinə qədər Azərbaycan bu regionda ən çox məcburi köçkünlərə sahib ölkə idi.

“Qadınlar münaqişənin ağır nəticələrinə məruz qalmışdı”, - BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR