Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin mətbuat katibliyindən bildirilib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.