Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yayılan məlumatı qəti surətdə təkzib edirik.
Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır.