Bank Of Baku

MN: Azərbaycan Ordusunun Kəlbəcər və Laçındakı mövqeləri atəşə tutulub

MN: Azərbaycan Ordusunun Kəlbəcər və Laçındakı mövqeləri atəşə tutulub
# 17 dekabr 2022 14:59 (UTC +04:00)

Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə APA-ya MN-dən məlumat verilib.

Xəbərə görə, bundan başqa, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR