MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 06 iyul 2022 10:03 (UTC +04:00)

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR