Bank Of Baku

MN: Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb - VİDEO

MN: Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb - VİDEO
# 14 sentyabr 2022 10:02 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

"Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR