Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - MN-dən bildirilib.