Bank Of Baku

Müdafiə Nazirliyində yeni nazir müavini postu yaradılıb

Müdafiə Nazirliyində yeni nazir müavini postu yaradılıb
# 13 dekabr 2022 18:36 (UTC +04:00)

Müdafiə Nazirliyində struktur dəyişikliyi edilib.

APA xəbər verir ki, nazirliyin strukturunda hərbi-texniki təchizat üzrə müavin postu yaradılıb.

Xəbər verildiyi kimi həmin vəzifəyə Prezident İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu təyin olunub.

Qeyd edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Ailəlidir. İki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR