Azərbaycan həm Türkiyə, həm də İsrail şirkətləri ilə əməkdaşlığı davam etdirir.
Bunu "APA-Economics"ə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Nazir “ADEX” müdafiə sərgisinin əhəmiyyətinə də toxunub.
"Türkiyə ilə birgə elə silahlar üzərində işləyirik ki, 10-15 il sonra üçün nəzərdə tutulub. Yəni, biz gələcəyə baxırıq. Hətta 20 il qabağa baxırıq. Bu dövlət başçısının tapşırığıdı", - nazir qeyd edib.