Bank Of Baku

NATO Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını yüksək qiymətləndirib

NATO Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını yüksək qiymətləndirib
# 21 noyabr 2022 13:41 (UTC +04:00)

Azərbaycan Şimali Atlantika Alyansının etibarlı tərəfdaşıdır.

APA xəbər verir ki, bunu “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşdə bildirib.

O, Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR