Bank Of Baku

Nazir bu il Ermənistanın təxribatlarına cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib

Nazir bu il Ermənistanın təxribatlarına cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib
# 10 dekabr 2022 13:33 (UTC +04:00)

“Birgə təlimlər regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir”.

APA xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib.

Ali Baş Komandan tərəfindən 2023-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR