Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra qonaqlara Hərbi Polis İdarəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nümayəndələr Hərbi Polis İdarəsinin ərazisi, avtomobil parkı və yeməkxana ilə tanış olublar.
Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qazaxıstan nümayəndə heyəti MN-in Hərbi Polis İdarəsini ziyarət edib
23 sentyabr 2022 09:32 (UTC +04:00)
Hərbi
Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEO
12:08
18 may 2024
Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilib
11:42
18 may 2024
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
09:59
18 may 2024
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
18:40
17 may 2024