Bank Of Baku

Şəhid Elnur Səmədov Sumqayıtda dəfn edilib - FOTO - VİDEO

Şəhid Elnur Səmədov Sumqayıtda dəfn edilib - FOTO  - VİDEO
# 15 sentyabr 2022 21:50 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib.

APA-nın yerli bürosu xəbər verir ki, 34 yaşlı şəhidimizin nəşi yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhər rəhbərliyi, E.Səmədovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 71 hərbçimizin şəhid olduğu açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR