Bank Of Baku

Tankçılarımız Moskvada keçirilən müsabiqədə yoxlama atışları icra ediblər - FOTO

Tankçılarımız Moskvada keçirilən müsabiqədə yoxlama atışları icra ediblər - FOTO
# 22 avqust 2022 16:12 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.
Qeyd edilib ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR