Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın «Silk Way Helicopter Services» (SWHS) şirkəti daha bir tibbi təxliyə helikopterini istifadəyə qəbul edib.
APA-nın SWHS şirkətinə istinadən verdiyi məlumata görə, şirkətin bazasına yeni alınmış 1 ədəd “Augusta Westland AW-139” helikopteri qəbul olunub.
Helikopter EMS (tibbi təxliyə növü) əməliyyatları üçün lazım olan avadanlıqla təchiz olunub. Bununla SWHS şirkəti tibbi təxliyə əməliyyatları üçün nəzərdə tutulan iki helikopterə sahib olub.