Bank Of Baku

«Vətənin müdafiəsinə hazıram!» mövzusunda sərgi təşkil olunub - FOTOSESSİYA

«Vətənin müdafiəsinə hazıram!» mövzusunda sərgi təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 10 fevral 2015 11:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə «Vətənin müdafiəsinə hazıram!» mövzusunda sərgi təşkil olunub.

 

APA-nın məlumatına görə, SHXÇDX-nin «Vətənin müdafiəsinə hazıram!» adlı rəsm müsabiqəsinin yekununu ilə əlaqədar keçirilən bu sərgidə yaşı 18-dək olan şəxslərin vətənpərvərlik ruhunu tərənnüm etdirən 400-dək rəsm əsəri nümayiş etdirilib.

 

Sərginin açılış mərasimində çıxış edən Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov müsabiqənin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

SHXÇDX rəisinin birinci müavini, polkovnik Zaur Abdullayev isə bildirib ki, müsabiqəyə respublikanın bütün rayonlarından və şəhərlərindən iştirakçılar qatılıb: «SHXÇDX yarandığı zaman Ali Baş Komandan tərəfindən vətəndaşların hərbi xidmətə çağırışı və səfərbərlik işləri ilə yanaşı, hərbi vətənpərvərlik tərbiyəsi işlərinin aparılması da Xidmətə həvalə olundu. Bu istiqamətdə artıq bəzi layihələrə başlamışıq».

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də layihənin əhəmiyyətindən bəhs edərək, bu müsabiqələrin davamlı olmasının vacibliyini vurğulayıb.

 

Rəsm müsabiqəsinin yekununda 1, 2, 3-cü yerlər üzrə qaliblərlə yanaşı bir qrup iştirakçıya həvəsləndirici mükafatlar və diplomlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR