Bank Of Baku

Bakıda şəhid əsgərin ailəsinə medal təqdim edilib

Bakıda şəhid əsgərin ailəsinə medal təqdim edilib
# 08 aprel 2017 11:48 (UTC +04:00)

Fevralın 25-də cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Cəfərov Zakir Nazim oğlunun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib.

 

APA-nın məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Abdulla Qurbani, general-mayor Rasim Əliyev, Nizami rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Medal şəhid Z. Cəfərovun qardaşı Camala təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR