APA-nın xəbərinə görə, saat 12:00-dan Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü başlayıb.
Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin (TTM) şəxsi heyəti TTM-in qarşısından Şəhidlər Xiyabanına, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Səməd Vurğun bağından Bülbül prospekti və Neftçilər prospektindən keçməklə Azadlıq meydanına, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Hərbi Təyyarəçilik Məktəbinin və Hərbi Dənizçilik Məktəbinin kursantları isə “Azneft” dairəsindən Azadlıq meydanına yürüş ediblər.
Hərbçilərin yürüşü hərbi orkestrin marşları ilə müşayiət olunub.
Yürüş paytaxt əhalisi tərəfindən maraqla qarşılanıb. Bir qrup gənc isə yürüş müddətində Azərbaycan bayraqları ilə hərbi keçidi müşayiət edib.