Bakı-APA. İyulun 8-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tərəflər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.