Bank Of Baku

Türkiyədə müalicə olunan Azərbaycan hərbçilərindən biri Bakıya qayıdıb - VİDEO

Türkiyədə müalicə olunan Azərbaycan hərbçilərindən biri Bakıya qayıdıb - <span style="color: red;">VİDEO
# 29 noyabr 2014 14:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri bu gün Bakıya qayıdıb.

 

APA-nın məlumatına görə, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

 

Ə. Məmmədov özünü yaxşı hiss etdiyini deyib: “Hazırda özümü yaxşı hiss edirəm, sağalmışam. Prezident İlham Əliyevə və ölkəmə təşəkkür edirəm”.

 

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıb.

 

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. E. Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR