Bank Of Baku

Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir

Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir
# 14 fevral 2015 14:40 (UTC +04:00)

Bakı - APA. Bu gün Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda keçirilən hərbi vətənpərvərlik tədbirinin ikinci günü Ağdam rayon Mədəniyyət Evində davam edib.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, hərbi birliyin zabiti Həbib Məmmədov, rayon təhsil şöbəsinin müdir müavini Rahil Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, zabit Elvin Xəlilov, Qarabağ müharibəsi veteranı, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri çıxış ediblər.

 

Rayon İcra Hakimiyyətinin rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular və təhsildə uğurlar əldə edən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Hərbi vətənpərvərlik tədbiri konsert proqramı ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR