Bank Of Baku

ANAMA Ceyrançöldə minatəmizləmə layihəsinin ikinci fazasına 2014-cü ilin iyun ayında başlayacaq

ANAMA Ceyrançöldə minatəmizləmə layihəsinin ikinci fazasına 2014-cü ilin iyun ayında başlayacaq
# 12 iyul 2013 11:22 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ceyrançöl layihəsinin ikinci fazasına 2014-cü ilin iyun ayında başlayacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov bildirib.

 

İki il davam edəcək bu mərhələ üçün artıq Azərbaycan hökuməti və NATO razılıq verib: «Bundan sonra isə üçüncü faza başlanacaq. Ümumilikdə iki və üçüncü mərhələlər 5-6 il çəkəcək, nəticədə Azərbaycanın Ağstafa rayonunda, Gürcüstanla sərhəddə 60 milyon kvadratmetr ərazi mina və PHS-lərdən təmizlənəcək».

 

N. İsmayılovun sözlərinə görə, iyun ayında Ceyrançöldə əməliyyatlar zamanı 1500-ə yaxın sursat və mina tapılıb.

 

N. İsmayılov paralel olaraq ANAMA-nın xüsusi əməliyyat qrupunun Bakı ətrafında Sitalçay poliqonunda, Güzdəkdə və palçıq vulkanlar ərazisində işlədiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR