Bank Of Baku

ANAMA Daxili Qoşunların şəxsi heyəti üçün təlimlər keçirir

ANAMA Daxili Qoşunların şəxsi heyəti üçün təlimlər keçirir
# 13 fevral 2015 11:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Daxili Qoşunların Şəxsi Heyətinin Humanitar Əməliyyatlar üzrə inkişaf etdirilməsi məqsədilə təlimlər keçirir.

 

Bu barədə APA-ya ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyət Təminatı Qurumunun rəhbəri Elnur Qasımov məlumat verib.

 

E.Qasımov bildirib ki, ANAMA-nın Göygöl Regional Bazasında təşkil olunan təlimlər Daxili Qoşunların Komandanlığının sifarişi əsasında keçirilir: “Bu təlimlərdə sursatların, minaların tanınması, əraziyə dair təhlükəsizlik tədbirləri, tapılan sursatların axtarış yolu ilə məhv edilməsi və başqa mövzular tədris olunur. Biz Daxili Qoşunlardan üç sifariş almışdıq. Birinci təlim dekabrda, ikinci təlim yanvarda keçirilib. Artıq üçüncü təlimə bu ay başlamışıq. Hər aylıq təlimdə Daxili Qoşunlarda xidmət edən zabit, gizir, çavuş və əsgərlər, habelə Çevik Polis Alayının üç əməkdaşının daxil olduğu 25 nəfərlik heyət iştirak edib. Bu ay təşkil olunan təlimlə iştirakçıların sayı 75 nəfərə çatacaq. Biz onlara 40-a yaxın mövzuda müxtəlif dərslər keçmişik”.

 

E.Qasımov qeyd edib ki, sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi dərsləri ANAMA-nın Füzuli rayonundakı Horadiz bazasında baş tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR