APA-nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, seminarda Türkiyədən və xarici ölkələrdən müdafiə sənayesi sektorunda dəniz sistemlərinin istehsalı sahəsində fəaliyyət göstərən firmalar iştirak edir. Eyni zamanda müxtəlif dövlət qurumlarından, şirkətlərdən seminara dinləyicilər qatılıblar.
Seminar çərçivəsində eyni zamanda dəniz sistemləri sərgisi təşkil olunub.
ASELSAN, HAVELSAN və METEKSAN şirkətlərinin sponsorluğu ilə keçirilən tədbirdə Navantia, Rolls-Royce, STM, Atlas Elektronik, Cobham, MKEK, Rheinmetall, Transas Marine International və s. kimi tanınmış şirkətlər təmsil olunur.
Tədbirdə əvvəlcə Türkiyənin mövcud dəniz layihələri barədə məlumat verilib. Seminar müxtəlif firmaların təqdimatları ilə davam edir.