Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov fevralın 19-da Gəncədə vətəndaşları qəbul edəcək.
Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında (Gəncə şəhəri M.Abbaszadə küç. 51) keçiriləcək qəbulda Gəncə şəhərinin, Samux, Göygöl, Mingəçevir, Goranboy və Daşkəsən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.