Bu barədə APA-ya ANAMA-ın mətbuat xidmətindən məlumat verilib.
NATO Dəstək Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun dəstəklədiyi layihənin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub. ABŞ layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan hökuməti layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.
Layihənin 28 ay davam etmiş birinci mərhələsi çərçivəsində 19 kv.km ərazi tam təmizlənib, 14,654 PHS və 173 mina tapılaraq tapılaraq zərərsizləşdirilib.
Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 584 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.
Bakı şəhərində layihənin birinci mərhələsinin yekunlarına həsr olunmuş tədbirdə baş nazirinin müavini Abid Şərifov və NATO Dəstək Agentliyinin (NSPA) rəhbəri Mayk Layden, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib.