Bank Of Baku

Azərbaycan 2014-cü ildə 60 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal edəcək

Azərbaycan 2014-cü ildə 60 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal edəcək
# 07 iyun 2014 10:11 (UTC +04:00)

 

Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

 

Bununla da Silahlı Qüvvələrin sifarişi üzrə CAR-ın «Paramount Group» şirkəti ilə birgə həyata keçirilən layihə yekunlaşacaq.

 

Maşınların silahlandırılması prosesinə isə 2015-ci ildə yekun vurulacaq.

 

Qeyd edək ki, MSN-nin «Paramount Group» şirkəti ilə imzaladığı müqavilə 90 ədəd maşının Azərbaycanda istehsalını əhatə edib. İndiyədək müqavilə üzrə 30 maşın Bakıda istehsal olunub, silahlandırılaraq sifarişçiyə verilib.

 

Maşınlar 12.7 və 14.5 mm çaplı pulemyotlarla təchiz olunmuş İsrail istehsalı olan döyüş modulları ilə silahlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR