Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 2014-cü ilin yanvar ayında bir sıra tədbirlərdə iştirak edəcəklər.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-ABŞ iş planına əsasən yanvarın 6-dan 10-dək Almaniyanın Ştutqard şəhərində “Qara Dəniz Rotasiya Qüvvələri-2014” təliminin Əsas planlaşdırma konfransı, yanvarın 15-dən 17-dək Belçikanın paytaxtı Brüsseldə Hərbi məlumatların mübadiləsi üzrə VERITY seminarı, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən yanvarın 20-dən aprelin 11-dək İngiltərənin Şrivenhem şəhərində Hərbi ingilis dili kursu, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən yanvarın 20-dən mayın 23-dək Vilnüs şəhərində İngilis dili kursu, yanvarın 21-dən 23-dək Almaniyanın Oberammerqau şəhərində NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında növbəti "NATO-nun Tərəfdaşlığı - Oberammerqau Simpoziumu" keçiriləcək.