Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan hərbçiləri fevralın 2-dən 6-dək Oberammerqau (Almaniya) şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursuna qatılacaqlar.