Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 8-dən 10-dək Leer şəhərində (Almaniya) tibb xidməti əməliyyatları üzrə işçi görüşü, Bakı şəhərində silahlara nəzarət üzrə ekspert görüşü, iyulun 9-dən 12-dək Minsk şəhərində (Belarus) MİLEX-14 sərgisi keçiriləcək.
Tədbirlərə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri qatılacaqlar.